10 iyul 2020 16:41
859

Estoniyada məhdudiyyət ayın sonunadək qüvvədə qalacaq

Estoniyanın İqtisadiyyat naziri Taavi Aas ölkədən uçuşlara qoyulan məhdudiyyətin iyulun 28-dək qüvvədə qalması barədə sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, nazir bu məhdudiyyətlərin koronavirusa yoluxanların sayının 100 min nəfərə 25 yoluxma halını ötən ölkələrə şamil olunduğunu söyləyib.

Onun sözlərinə görə, ölkələr arasında nəqliyyat əlaqələrinin fəaliyyətinin necə inkişaf etdiyini izləmək çox vacibdir.