06 iyun 2020 19:49
1068

Evini marketə çevirdi, polis aşkar etdi   

Bakının Qaradağ və Xətai rayonlarında qanunsuz fəaliyyət göstərən marketlər aşkar edilib. “İki sahil”in “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Qaradağ rayonunda yaşayış binasının 1-ci mərtəbəsində yaşayan şəxs evinin bir hissəsini marketə çevirib və həftəsonu fəaliyyəti qadağan olunduğu halda işləyib. Daha bir böyük market isə Xətai rayonunda fəaliyyət göstərərkən aşkar olunub. Sözügedən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib edilib.