21 iyul 2019 20:13
958

EYOF: Daha bir güləşçimiz qızıl medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb. 

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz Fərid Sadıxlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) isə bürünc medallar qazanıblar.

***

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb. 

45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.