15 yanvar 2021 18:33
6572

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması müjdəsini xalqımıza çatdırarkən böyük qürur hissi ilə  söylədiyi bu fikirlər Şuşaya reallaşdırdığı səfərdə öz aydın ifadəsini tapır

«Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.» Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabrda Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqımıza  çatdırarkən bu məqamı da böyük qürur hissi ilə qeyd etmişdir ki,  dəfələrlə  Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim: «Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.»

«Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir» söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»

Artıq bu istəklərimiz reallıqdır. İşğaldan azad edilmiş torpaqlarımızda  yeni həyatın başlaması üçün quruculuq və bərpa layihələri uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 44 günlük müharibənin Azərbaycanın siyasi Qələbəsi ilə başa çatmasından sonra işğaldan azad  edilmiş rayon və  şəhərlərimizə səfərlərini böyük qürurla, sevinc hissi ilə  reallaşdırması atılan addımların uğurlu nəticələrinin təqdimatı kimi dəyərləndirilir.  

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,  ordumuzun şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan  tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. 44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın  ərazi bütövlüyünün bərpası ölkəmiz  üçün  beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə  erməni qəsbkarları tərəfindən   maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın  yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasına başlayıb.

Ölkə Prezidenti İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qarşıdakı dövr üçün hədəfləri diqqətə çatdıraraq Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi,  Qarabağın incisi, musiqimizin məbədi və  beşiyi olan füsunkar  Şuşamızın  işgaldan azad edilməsindən keçirdiyimiz qürur hissinin aydın mənzərəsini yaratdı. Heç təsadüfi deyil ki, Şuşanın işğaldan azad edildiyi tarix  Zəfər Günü kimi təsis edildi. Dövlətimizin başçısının  qeyd etdiyi kimi, Şuşa  nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.  Qarabağda, Şuşada, onun "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənəcək, Vaqif poeziya günləri,  “Xarı bülbül” festivalı bərpa ediləcək. 

Bu məqsəd, məram cənab  İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanında  da öz aydın ifadəsini tapır. Məqsəd işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması,  təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin  dəstəklənməsidir. Bu istiqamətlərdə  hər bir şəxsin göstərəcəyi dəstək tarixi Qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.

44 gün davam edib tariximizə  şanlı Qələbə səhifəsini yazan İkinci Qarabağ müharibəsi kimin kim olduğunu açıqlamaqla yanaşı,  bugünədək aparılan əsassız təbliğatların, sülh danışıqlarının davam etdirilməsi naminə göstərilən cəhdlərin əsl mahiyyətini, Azərbaycan Ordusunun məğlubedilməzliyini, dövlətimizin  prinsipial möqeyinin dəyişməz olduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza  səfərləri zamanı sevincini paylaşmaq üçün ictimaiyyət nümayəndələri ilə görüşündə «İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir» söyləyərək, Ermənistan ordusunu çökdürdüyümüzü, eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verildiyini  vurğulayıb, bu məqamı da xüsusi  diqqətə çatdırır ki,  Paşinyan son iki il ərzində  ölkəsini məhv edib. Hazırda  sadəcə olaraq, fikirləşir ki,  canını erməni xalqının qəzəbindən necə qurtarsın?!  Bəs hanı sizin qəhrəmanlığınız? Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz: «Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına.»

30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Bu qayıdışın doğurduğu sevinc dövlətimizin başçısı İlham Əliyevin 10 noyabrda  Qələbə müjdəsini xalqa çatdırdığı andan bugünədək  yaşanan coşquda, xoş ovqatda özünün aydın ifadəsini tapır. İşğaldan azad olunan torpaqlarımızda  bərpa işlərinə başlanılıb. Dövlətimizin başçısı İlham Əliyevin  Füzuli rayonuna səfəri zamanı bu rayondan  Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanışlığı, tarixi səfərdən sonra «Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında» Sərəncamın imzalanması da deyilənlərin təsdiqidir. Sənəddə də qeyd olunduğu kimi,  Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilmişdir. 27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır. Dövlətimizin başçısının Şuşa şəhərinə səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyması da həyata keçirilən quruculuq işlərinin davamlılığından, qarşıya qoyulan məqsədlərə qısa müddətdə nail olacağımızdan xəbər verir.

Cənab İlham Əliyev hər bir  səfərində bu əminliyi ifadə edir ki,  bütün bu yerlər tamamilə  bərpa ediləcək. Diqqəti ermənilərin ötən 27 ildə torpaqlarımızda hansı vəhşilikləri törətdiklərinə yönəldərək onu da bildirir ki,  bir daha  hansı vəhşi düşmənlə üz-üzə olduğumuzun şahidiyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün  bütün  planlar hazırlanır. Təbii ki, yüksək səviyyədə icra ediləcək. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin işğal altında olan  rayonlarımıza  qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin həmin əraziləri tərk edən zaman söküb apardıqlarına diqqət yetirdikdə bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti,  istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları  durumu əks etdirən görüntüləri yəqin ki, dünya görür. Bu, onların  beynəlxalq hüququ bir kənara qoyub Ermənistanın başına çəkdikləri sığaldan,  cinayətlərinə göz yummalarından qaynaqlanır. Amma işğalçı dövlət neçə ki, döyüş meydanında, diplomatiya müstəvisində məğlub oldu, eləcə də törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında bu mesajı Ermənistana və onun havadarlarına çatdırır.

Azərbaycan Ordusu yeni tarix yazdı. Erməni əsgərindən fərqli olaraq, mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan  ordu  bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.  «Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar» söyləyən dövlətimizin başçısı İlham Əliyev Qələbəmizi böyük qürur hissi ilə vurğulayaraq «Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq» bəyan edir. Ölkə Prezidentinin Qarabağın döyünən ürəyi olan Şuşamıza səfəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın paylaşdığı videogörüntülər ermənilərin bu şəhərdə törətdikləri ilə bağlı hər birimizdə bir narahatlıq  yaratsa da, ən böyük təsəllimiz budur ki, tarixi torpaqlarımız öz sahibinə qayıdıb, dövlətimizin başçısı İlham Əliyevin uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində iqtisadi imkanlarımızın artması fonunda öz əvvəlki vəziyyətinə qayıdacaq. Ermənilər bu vəhşilikləri ilə bir daha sübut edirdilər ki. bu torpaqlar onların deyil,  nə vaxtsa buranı tərk etməlidirlər. Onlar tərk etmədilər, qovuldular. Azərbaycan Ordusu onları iti qovan kimi qovdu.

44 günlük müharibə dövründə qələbə xəbərlərini özünün «Twitter» səhifəsində paylaşan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın arzusu, istəyi bu olmuşdur ki,  Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin. Artıq o günləri yaşayırıq.  Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunmuş Şuşa şəhərinə səfərlə bağlı paylaşım edərkən bildirir ki,  doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! Böyük məmnuniyyətlə bu gözəl diyara etdiyimiz səfərimizin görüntülərini sizinlə paylaşıram.

Cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq! Gələcəkdə bizi böyük işlər gözləyir: «Ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!»

Yeganə Əliyeva, «İki sahil»