24 aprel 2019 18:50
898

F1 Azərbaycan Qran-Prisinin mətbuat konfranslarının cədvəli

Formula 1 Azərbaycan Qran-Prisinin mətbuat konfranslarının cədvəli

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 Azərbaycan Qran-Prisi günlərində rəsmi mətbuat konfransları iştirakçılarının tərkibini elan edib.

Cümə axşamı “Hilton” otelindəki mətbuat mərkəzində beş pilot – Antonio Covinatsi (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”) , Lens Stroll (“Racing Point”), Nİko Hükenberq və Corc Rassel (“Williams”) jurnalistlərin suallarını cavablandıracaqlar.

Cümə günü keçiriləcək mətbuat konfransında isə Toto Volff (“Mercedes”), Kristian Xorner (“Red Bull Racing”), Otmar Safnauer (“Racing Point”), Siril Abitebul (“Renault”) və Kler Uilyams (“Williams”) iştirak edəcəklər.

Şənbə və bazar günləri keçiriləcək mətbuat konfransları isə günün yekunları üzrə ən yaxşı üçlüyə həsr olunacaq.