24 may 2019 10:10
1124

“Facebook” üç milyarddan çox saxta hesabı silib

“Facebook” sosial şəbəkəsində ötən ilin oktyabr ayından cari ilin mart ayınadək 3 milyarddan çox saxta hesab silinib. 

"İnterfaks" xəbər verir ki, 2018-ci ilin son üç ayı ərzində 1,2 milyard hesab, bu ilin üç ayı ərzində isə 2,2 milyard hesab ləğv edilib.

Şirkət bəyan edib ki, son 6 ayda sosial şəbəkədə “feyk” hesablarının yaradılması halları çoxalıb və buna qarşı mübarizə aparılır.