11 iyul 2019 19:19
110

“Facebook” yeni addım atmağı planlaşdırır

“Facebook” bütün dünya üzrə olan bölmələrində qadın əməkdaşlarının sayını ikiqat artırmağı planlaşdırır.

"İki sahil" xəbər verir ki, sosial platforma ştatda olan afroamerikalı və latınamerikalıların sayını da ikiqat artırmaq haqqında düşünür. Bu hədəfə isə kompaniya 2024-cü ilə qədər çatmağı planlaşdırır.

“Biz yaxın beş il ərzində özümüzü əməkdaşlarının 50%-i qadın olan şirkət kimi təqdim edəcəyik. Bura afroamerikalılar, latınamerikalılar, yerli amerikalılar, Sakit okeanı adalarında yaşayan insanlar, iki və daha çox etnik qrupun nümayəndəsi, fiziki məhdudiyyətli insanlar və veteranlar daxildir.” Bu haqda gender və etnik müxtəliflik haqqında “Facebook” şirkətinin məruzəsində deyilib.

Qeyd etmək yerinə düşər ki, hazırda şirkətin ümumi əməkdaşlarının yalnız 36,9%-i qadınlar təşkil edir. Şirkətdə çalışan afroamerikalı və latın amerikalıların payı isə müvafiq olaraq 3,8% və 5,2%-dir.