14 fevral 2020 19:36
3285

Fasilə et ... “Kit Kat” haqqında bunları öyrən...

Neçə illərdir ki, “Kit Kat” bütün dünyada insanların sevimli şokoladına çevrilib.

Bəs biz bu şokolad barədə nələri bilmirik?

Elə isə “Kit Kat” haqqında 5 ağızsulandıran faktla tanış olun.

“Kit Kat” şokoladının nə az nə çox 84 yaşı var

“Kit Kat” şokoladı 1935-ci ildən mövcuddur. Belə ki, sözügedən şokoladın istehsalına ilk dəfə 1935-ci ilin avqust ayının 29-da Londonda başlanılıb. İlk “Kit Kat” şokoladı 4 uzun vaflidən dən ibarət olub.

İllər ərzində müxtəlif adlarda istehsal olunub

O, həmişə “Kit Kat” adlandırılmayıb. Məhsul, öncə “Rowntree’s Chocolate Crisp” iki il sonra isə “Kit Kat Chocolate Crisp” adı ilə istehsal olunmağa başladı. “Kit Kat” adının mənbəyi hələ də dəqiq bilinmir. 18-ci əsrin əvvəllərinə qədər ayaqüstü qida kimi istifadə olunsa da , adının Londondakı görüş yeri hesab olunan “Kit Kat” klubundan olduğu deyilir.

Müharibə dövrünün rasionu “Kit Kat”ın reseptinin dəyişməsinə səbəb olub

Şokoladla örtülmüş vafli çubuğu II Dünya müharibəsindən bir qədər əvvəl istifadəyə verilmişdir. Bu o demək idi ki, müharibə zamanı vaflidəkidəki bəzi maddələr rasiona görə dəyişdirilməli idi. Tərkibinin dəyişdirilməsi şokoladın dadını da dəyişmişdi , o daha əvvəlki qədər dadlı deyildi. Buna görə də artıq şokoladın reklamı da dəyişmişdi. İnsanların marağını və sevgisini yenidən qazanmaq üçün şirkət “Müharibədən sonra vaflilər yenə əvvəlki kimi xırçıldayacaq” sloqanından istifadə etməyə başladı. Şirkət vədinə əməl etdi, şokolad orijinal dadına qayıtdı və “Kit Kat” üçün sözün əsl mənasında dirçəliş dövrü başladı . Qeyd edək ki, müharibə dövründə “Kit Kat” mavi qablaşdırmada istehsal olunurdu.

1955-ci ildə məhsulun reklamı ilk dəfə olaraq televiziyada yayımlanır

Həmin dövrdə televiziya hər hansı bir məhsulun reklamının yerləşdirilməsi üçün yeni, ancaq çox bahalı vasitə idi. Həmin illərdə televizor çox bahalı əşya hesab olunurdu , hər evdə televizor görmək mümkün deyildi. Qiymətlər aşağı düşəndən sonra artıq bir çox evlərdə televizora rast gəlmək olurdu. 1957-ci ildə “Kit Kat” vafliləri televiziyada yayımlanan reklamlar ilə yanaşı “ Fasilə et , “Kit Kat” dad” şüarından da istifadə edildi. Belə ki, “Kit Kat” vafliləri artıq işdə fasilə edənlərin sevimlisinə çevrilmişdi. Bu şirniyyat fasilə vaxtı çay və ya kofe ilə içilən ən dadlı şokolad hesab edilirdi.

Hazırda “Kit Kat” 300 dadda olan yeni çeşidə malikdir

“Kit Kat”ın ilk növü portağal tamlı vaflilərdir ki, onlar da ilk dəfə 1996-cı ildə istehsal olunub. Hazırda “Kit Kat”ın 2000-ci ildən bəri istehsal etdiyi 200-dən çox məhdud sayda istehsal olunan və mövsümi dada malik növü var və bunların əksəriyyətini siz Yaponiyada tapa bilərsiniz.

Leyla Şıxəli-Bayramlı, “İki sahil”