16 sentyabr 2020 18:20
560

Fateh Terim: Bu gün axşam “Qarabağ”ın “Molde”yə qarşı oyununu izləyəcəm - VİDEO

“Azərbaycan mənim üçün doğma yerdir. Yenidən burda olmağa çox şadam".

Bu sözləri sabah Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis mətbuat konfransında son Azərbaycan çempionu "Qarabağ"dan da söz açıb: "Bu gün axşam “Qarabağ”ın “Molde”yə qarşı oyununu da izləyəcəm. “Neftçi” ilə “Qarabağ” arasında güclü rəqabətin olduğunu və bir-birlərini sevmədiklərini də bilirəm”.

Fateh Terim bildirib ki, pandemiya bitdikdən sonra Azərbaycan komandalarının biri ilə yoldaşlıq görüşü keçirilə bilər: "Buna söz verirəm. Fatih Terim söz verərsə, olar. Pandemiyadan sonra burdakı azarkeşləri sevindirə bilərik”.

"Qafqazinfo"