21 may 2020 13:36
1079

Federiko Kyeza gələcəyi ilə bağlı qərarını verdi

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Federiko Kyeza barəsində yayılan transfer xəbərləri ilə bağlı yekun qərarını verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, italiyalı yarımmüdafiəçi müqaviləsinin sonuna qədər “Fiorentina”da qalmaq istədiyini açıqlayıb. İyirmi iki yaşlı futbolçunun bu klubla müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, F.Kyeza ilə “İnter” və “Yuventus”la yanaşı, İngiltərə Premyer Liqasında çıxış edən bir sıra klublar da maraqlanır.