23 yanvar 2021 01:58
1330

Federiko Valverde zədələnib

"Real"ın futbolçusu Federiko Valverde zədələnib.

"İki sahil" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi sağ budundan xəsarət alıb.

Oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil. Qeyd edək ki, Valverde bu mövsüm Madrid təmsilçisinin heyətində 20 matça çıxaraq, üç qol vurub və 1 qolun ötürməsini verib.