26 yanvar 2021 17:20
932

“Fənərbaxça”nın yeni transferi: Məsut Özil ilə oynamaq şərəfdir

"Fənərbaxça kimi böyük bir klubda  oynamaq mənim üçün böyük bir şansdır.

“Fənərbaxça” azarkeşləri komandaya hər zaman dəstək olurlar. Transfer müddətimin əvvəlindən azarkeşlər  sosial media hesablarından mənə xoş sözlər işlədirlər. Böyük klublarda futbolçulara həmişə təzyiq olur.Mən də  təzyiq altında oynamağı sevirəm. Bu səbəbdən meydana çıxmağı səbirsizliklə gözləyirəm."

“İki sahil” xəbər verir ki, bu sözləri klub televiziyasına açıqlamalarında "sarı-larcivədli"lərin yeni transferi Osayi-Samuel bildirib.

Osayi-Samuel Məsut Özil ilə oynamağın da, onun üçün böyük bir fəxr olduğunu vurğulayıb.