18 oktyabr 2020 20:48
1156

Fərhad Bədəlbəyli: Şuşanın işğaldan azad edilməsini səbirsizliklə gözləyirəm

Ermənistan ordusunun qədim Gəncə şəhərində dinc sakinləri ağır artilleriya qurğularından atəşə tutaraq qətlə yetirmələri terrordur.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

O bildirib ki, erməni faşizmi davam edir: “Mən Xerosimada olmuşam. Bu faciə oradakı vəhşiliyin təkrarıdır”.

İşğal altında olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirən Fərhad Bədəlbəyli deyib: “Azərbaycan ordusu uğurla irəliləyir. İnşallah bütün işğal altındakı torpaqlarımız azad olunacaq. Ordumuz hər bir kəndi azad edəndə sevinirik. Hər bir şəhər, balaca kənd bizim üçün müqəddəsdir, amma Şuşanın yeri başqadır. Mən səbirsizliklə gözləyirəm ki, Ali Baş Komandan Şuşanın da azad olunmasını elan edəcək və biz hamımız Şuşaya gedəcəyik”.