24 avqust 2019 13:52
992

FHN: Kosalı kəndi yaxınlığında meşəətrafı ərazidəki yanğın tam söndürülüb

Avqustun 23-də Şəki rayonunun Kosalı kəndi yaxınlığında dağlıq zonada yerləşən meşəətrafı ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.

Qeyd edək ki, ötən gün başlayan yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb edilib.