17 yanvar 2021 00:54
677

Filippində helikopter qəzaya uğrayıb

Filippin Hava Qüvvələrinə məxsus “UH-1H” markalı helikopter ölkənin cənubunda yerləşən Mindanao adasındakı Bukidnon əyalətində qəzaya uğrayıb. 

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Helikopterin yüksək sürətlə yerə çırpılması nəticəsində iki pilot, iki ekipaj üzvü və üç sərnişin həlak olub. 

Qəzanın səbəbləri açıqlanmayıb.