30 aprel 2020 12:44
2454

Filiz Akın koronavirusa yoluxub?

"Yeşilçam" aktrisası Filiz Akın yüksək qızdırma ilə xəstəxanaya yerləşdirilib.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, 77 yaşlı aktrisaya koronavirus şübhəsi ilə test edilib. Filiz Akın bu barədə açıqlama verərək cavabın neqativ çıxdığını bildirib:

"Zəif immun sistemim var. Müalicə olunurdum, yarımçıq qaldı. Hazırda qızdırmam yoxdur, amma çox öskürürəm".