04 aprel 2019 11:26
754

"Fitch”: Neft bundan baha ola bilməz

"Biz yaxın dövrdə qiymətinin aşağı həddinin 55 dollar, yuxarı həddinin isə 70-75 dollar olacağını düşünürük. Neft bundan baha ola bilməz".

Bunu "Fitch” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun təbii ehtiyatlar və əmtəə üzrə direktoru Dimitri Marinçenko deyib.

“Əgər qiymətlər kəskin artarsa, bu, ABŞ-ın Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEK ölkələrinə təzyiq göstərməsinə gətirib çıxara bilər. Çünki yüksək neft qiymətləri ABŞ iqtisadiyyatı üçün açıq təhdiddir.Bunlar Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) qərarları, İranda və Venesuelada neft hasilatının həcminin azalması və ABŞ əleyhinə baş verən proseslərdir. Düşünmürük ki, növbəti iki ildə İran və Venesuelada hasilat azalsa, bu neft qiymətlərinə ciddi təsir edəcək"- deyə, o bildirib.

“Fitch” 2019-cu ildə “Brent” markalı neftin 1 barelinin qiymətinin orta hesabla 65 dollar olacağını proqnozlaşdırır. 2020-ci il üçün proqnoz 62,5 dollar, 2021-ci il üçün proqnoz isə 60 dollardır. Uzunmüddətli dövr üçün isə qiymətin orta hesabla 57,5 dollar olacağını düşünürük. “WTI” markalı neftin qiyməti isə 50 dollardan aşağı ola bilər”, - D.Marinçenko əlavə edib. (Report)