22 oktyabr 2019 11:04
788

"Formula 1": Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılacaq

Bu gün "Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına start veriləcək.

“Report”un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Qeyd edək ki, 2020-ci Azərbaycan Qran-prisinə 5 - 7 iyunda keçiriləcək.