19 iyul 2019 20:39
190

Formula 1-də iki yeni komanda iştirak edəcək

2021-ci il mövsümündə Formula 1 yarışlarına iki yeni komanda qoşula bilər. AZƏRTAC xəbər verir ki, bu barədə yarışların şərhçisi Co Seyvard “Motosport Week” saytındakı bloqunda yazıb.

Seyvardın verdiyi məlumata görə, layihələrdən birinin arxasında “Manora”nın keçmiş rəhbəri Qrem Loudon durur, digəri isə “Super Aquri”nin 76 yaşlı keçmiş icraçı direktoru Daniel Audetto ilə əlaqədardır. Sonuncunun yeni komanda ilə daimi əsaslarda əməkdaşlıq etməyəcəyi, lakin layihənin müəllifi üçün “kəşfiyyat” apardığı bildirilir. İkinci potensial komandanın arxasında kimim olduğu isə hələ məlum deyil.

Hazırda Formula 1 qaydalarına görə, potensial yeni komandalar 20 milyon dollar girov qoymalıdırlar. Onlara ilk iki mövsümdə mükafat pulu almağa da imkan verilmir. Ehtimal olunur ki, 2021-ci ildə yeni komandalar 200 milyon dollar üzvlük haqqı ödəyəcək və bu vəsait yarışlarda iştirak edən komandalar arasında onların mükafat pullarının təzminatı olaraq bölüşdürüləcək.