15 may 2020 13:40
1184

Formula 1 komandalarında ciddi ixtisarlar gözlənilir

Böhranla əlaqədar Formula 1 komandalarında ciddi ixtisarlar gözlənilir.

İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin məlumatına əsasən, “Mersedes”, “Red Bull” və “Ferrari” kimi Top komandaların 100-dək əməkdaşı işini itirəcək. Bu baxımdan “Ferrari”də daha çox ixtisar olacaq.

Xatırladaq ki, növbəti mövsümdən komandaların xərc limitinin 145 milyon dollara qədər endiriləcəyi ehtimal edilir. Bu da komandalar daxilində ixtisarları zərurətə çevirir. //AZƏRTAC