10 sentyabr 2019 15:14
696

Fransa təcili tibbi yardım xidmətindəki böhranı həll etməyə çalışır

Fransada təcili tibbi yardım xidmətlərinin altı ay davam edən tətilindən sonra səhiyyə və həmrəylik naziri Anyes Büzen 2019-2022-ci illər üçün tibb sahəsindəki böhrandan çıxmaq və tibbi yardım sisteminin yenidən strukturlaşdırmaq məqsədilə 750 milyon avro ayrılacağını vəd edib.

Eyni zamanda, təcili tibbi yardımın təkmilləşdirilməsi məqsədilə hazırlanan 12 bənddən ibarət təkliflər təcili tibbi yardım xidmətinin personalı və xəstəxana rəhbərlərinə, eləcə də azad tibbi həmkarlar təşkilatlarına təqdim olunub. İrəli sürülən təkliflər tibbi xidmət işçilərinin iş şəraitinin yaxşılaşdırılması, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsini nəzərdə tutur.