20 iyul 2019 10:25
937

Fransada içməli suda radioaktiv çirklənmə aşkarlanıb

Fransada içməli suda radioaktiv çirklənmə aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, Qərbdə Radioaktivliyə Nəzarət Assosiasiyası (ACRO) Fransada atom elektrik stansiyalarının radioaktiv tullantıları nəticəsində içməli suda tritiumun (hidrogenin ağır radioaktiv izotopu) tapılmasına dair xəbərdarlıq edib.

Səhiyyə Nazirliyinə istinad edən Assosiasiya 6 milyondan çox insanın tritiumla yoluxmuş sudan istifadə etməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Sena (la Seine), Vyana (la Vienne) və Luar (la Loire) çayları boyunca yerləşən yaşayış məntəqələrində krantlardan gələn sularda müntəzəm olaraq tritium aşkarlanıb. Bu çayların üzərindəki atom stansiyalarında baş verə biləcək hər hansı ciddi qəza nəticəsində suda təkcə tritium deyil, digər radioaktiv maddələrin də aşkarlanacağı, nəticədə isə milyonlarla insanın içməli sudan məhrum olacağı vurğulanıb.

Qeyd edək ki, paytaxt Paris də suyu tritiuma yoluxmuş şəhərlər arasındadır.