06 iyul 2020 14:09
1153

Futbolçu göldə batdı

İngiltərənin "Notingem Forest" klubunun sabiq futbolçusu Derrik Otim bədbəxt hadisənin qurbanı olub.

“İki sahil” klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.

Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli hücumçunun dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.

Qeyd edək ki, son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.