24 yanvar 2021 21:14
769

Futbolçular təyyarə qəzasında həlak olublar

Braziliyanın Portu-Nasiunal (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.

“İki sahil” “Report”a istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunun klubu “Palmas”ın prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.