21 may 2019 21:24
1353

“Game of Thrones” pərəstişkarlarına ŞAD XƏBƏR

“Taxt oyunları” filminin pərəstişkarlarını sevindirən bir xəbər yayılıb

Artıq yeni seriyanın çəkilişləri başlayıb. Yeni seriyada Lannister və Stark da olacaq, minlərlə il əvvələ aid hadisələr cərəyan edəcək.
Məlim olub ki, yeni seriala “Bloodmoon” yəni qanlı Ay adı verilib. Serialın yaradıcısı Corc Martin bu seriya üçün “The Long Night”, yəni uzun gecə adını istifadə etmişdi.

Bu seriya “Taxt oyunları”ndan 5 min il əvvələ aid hadisələrdən bəhs edəcək. Son səkkiz mövsümdə yer alan heç bir obraz yeni serialda olmayacaq. İstisna isə “Night King” obrazı ola bilər.

Ehtimal edilir ki, yeni serial 2020-ci ildən tez yayımlanmayacaq.