11 iyul 2019 15:20
94

“Gazprom”un ixrac gəlirləri kəskin azalıb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin təbii qaz ixracı üzrə əldə etdiyi gəlirlər ilin ikinci rübündə 38 azalıb.

AZƏRTAC RBK-ya istinadla xəbər verir ki, ikinci rübdə “Gazprom”un təbii qaz ixracı üzrə gəlirləri 9 milyard dollar təşkil edib. İlk rübdə isə bu göstərici 14 milyard dollar idi.

Xatırladaq ki, ötən ilin ilk 2 rübündə şirkətin ixrac gəlirləri müvafiq olaraq 12,7 və 11 milyard dollar təşkil etmişdi.