04 yanvar 2019 20:44
1912

"Gecə mağarada yaralı qadını..." FOTO

Türkiyənin Təhlükəsizlik Qüvvələrinə təslim olan PKK terror təşkilatının qadın üzvləri tükürpədən etiraflar edib.

H.A. kod adlı terrorçu mağarada donmamaq üçün bir-birilərin qısılaraq yatdıqlarını və bu əsnada komanda liderinin yaralı qadına təcavüz etdiyini deyib.

“Onun təcavüzünə qarşı belə çıxa bilmədim. Durumu qəbul etməkdən başqa şansım yox idi. Təşkilatda qadınların satılmış kölə kimidir və liderlər onları istədikləri kimi istifadə edirlər. Onlar özlərinə dəstək tapa bilmək üçün gənc qızlara “bacılarımız” deyə xitab edir, bu isə əslində yerli xalqı aldatmaq üçündür”, təşkilatdan qaçan terrorçu qadın bildirib.