27 oktyabr 2020 11:08
1182

Gənc antropoloq magistrantların seminar məşğələləri davam edir

Arxeologiya və Etnoqrafiya İnstititunda bu il magistraturaya qəbul olmuş magistrantların tədris proqramına uyğun olaraq Mədəni antropologiya ixtisası üzrə seminar məşğələləri davam etməkdədir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli tərəfindən I kurs magistrantlara “Antropologiyanın əsasları” mövzusu üzrə seminar məşğələsi  aparılmaqdadır. Məşğələdə professor Ə.Məmmədli magistrantları antropologiya elminin mahiyyəti, antropologiyanın tədqiqat obyekti və metodları, klassik və müasir antropologiyada cərəyanlar və d. antropologiya elminin əsaslarını təşkil edən baza bilikləri ilə tanış etməkdədir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantlarının elmi seminarları bu ilin sonuna qədər müxtəlif mövzular üzrə davam edəcəkdir.