15 iyul 2019 11:00
1002

Gənc siyasətçilər üçün Oğuz turu davam edir - FOTO-VİDEO

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Gənc Liderlər" gənc siyasətçilər üçün Yay məktəbinin 2-ci Oğuz turu start götürüb. YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc Liderlər" gənc siyasətçilər üçün Yay məktəbinin 2-ci Oğuz turunun ilk günündə gənclər arasında Praktik oyun/Komanda oyunu keçirildi. Gənclər oyunda çox fəallıqla iştirak ediblər. "Gənc Liderlər" gənc siyasətçilər üçün Yay məktəbinin 2-ci Oğuz turunun 2-ci günü özəllikləri ilə davam edib. Milli Məclisin deputatları Dilarə Cəbrayılova və Sona Əliyeva gənclərlə "Sosial şəbəkələrdən istifadə" mövzusunda maraqlı diskussiyalar aparıb.

Yay məktəbinin 2-ci Oğuz turunun 3-cü günündə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar seminar-diskussiya keçirilib. Seminar-diskussiyadan sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı gənclərdən ibarət FLAŞMOB keçirilib.

Daha sonra gənclər arasında müxtəlif növdə idman yarışları keçirilib. Gənclər öz sərbəst vaxtlarından səmərəli istifadə ediblər. Günün sonunda gənclərlə interaktiv, intellektual oyunlar keçirilib.