24 iyun 2019 10:40
754

Gənclərin forumu keçiriləcək

İyunun 27-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcək.

İnnovativ biznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan 16-29 yaş kateqoriyasında gənclər və sahibkarlar Foruma dəvət edilir.Forumda iştirak etmək istəyən gənclər və sahibkarlar qeydiyyatdan keçmək üçün bu linkə daxil olaraq tədbirdə iştirak üçün müraciət edə bilərlər.

Tədbir çərçivəsində gənc sahibkarlar üçün mövcud dövlət dəstəyi mexanizmləri, yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün məlumatlandırma sessiyalarının təşkili də nəzərdə tutulur. 
Forumda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

Son müraciət tarixi 25 iyun saat 18:00-dır.