27 yanvar 2020 10:44
1153

Gənclərin seçki prosesindəki fəallığı seçki atmosferinin dinamizmini şərtləndirir

“Azərbaycan cəmiyyətində çox yüksək seçki əhval-ruhiyyəsi hökm sürür. Təbliğat-təşviqat kampaniyası və digər proseslər uğurla hayata keçirilir”. Bunu secki-2020.az saytına açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

O qeyd edib ki, fəallıq həm namizədlər, həm də seçicilər arasında müşahidə olunur.

“Çoxlu sayda gəncin namizədliyini irəli sürməsi təqdirəlayiq haldır. Dövlət başçısının apardığı kadr islahatları və istedadlı gənclərin dövlət idarəçiliyində irəli çəkilməsinə dair etdiyi çağırışlar gənclərin seçki prosesinə fəal şəkildə qoşulmasına səbəb olub” , - deyə politoloq vurğulayıb.

Gənclərin cəmiyyətin ən dinamik təbəqəsi olduğunu qeyd edən Ceyhun Əhmədli bildirib ki, onların seçki prosesində fəallıq nümayiş etdirməsi bütövlükdə seçki atmosferinin dinamizmini şərtləndirir və rəngarəng mühit formalaşdırır.

O deyib: “Maraqlı mübarizənin şahidiyik. Ümumi mənzərə onu deməyə əsas verir ki, əksər namizədlər ciddi kampaniya hazırlığı görüblər. Bütün bunlar ölkəmizdə seçki institutunun şəffaflığına və demokratik siyasi mühitə dəlalət edir”.