19 sentyabr 2019 12:45
758

Gimnastımız Yelizaveta Luzan dünya çempionatında gürzlərlə çıxışını təqdim edib

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, gimnastımız Yelizaveta Luzan fərdi proqramda gürzlərlə çıxışını yerinə yetirib. Təmsilçimiz hakimlərdən 16,050 xal alıb.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.