21 yanvar 2021 15:01
643

“Google” servisli ilk “Honor” smartfonu

“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq. 

"İki sahil" xarici mediaya istinadən bildirir ki, “Honor V40” (Avropada V40 View adlanacaq) şirkətin ABŞ sanksiyaları aradan qaldırıldıqdan sonra ilk smartfonu olacaq.

Smartfonun nümayişi yanvarın 22-də Çində keçiriləcək. Qlobal təqdimatı bir müddət sonra baş tutacaq qurğunun Avropada yazda satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, “Honor V40” smartfonu 120 giqahers yeniləmə tezlikli 6,72 düym diaqonallı “AMOLED” ekran, “MediaTek Dimensity 1000 ” prosessoru ilə təchiz olunacaq. Smartfonun arxa panelinə 50 meqapikselli əsas obyektivə malik üçlü əsas kamera, ön panelinə isə 32 və 16 meqapikselli qoşa ön kamera quraşdırılacaq.