24 yanvar 2020 11:40
2319

Göyqurşağı şahzadəsi - kişilərə bədbəxtlik gətirir?

Afrikada yaşayan Zulu qəbiləsi üçün göy qurşağı inanılmaz bir təbiət hadisəsi idi.

“İki sahil” xəbər verir ki, zululara görə göy qurşağının ən azı bir ucu suya və torpağa toxunur və orada müqəddəs ilanlar doğulurdu. Göy qurşağının hər bir gölməçəsində müqəddəs ilanların yaşadığı və buraya yaxınlaşan kişilərin udulduğuna inanılırdı.

Bir qadın gölməçəyə yaxınlaşırsa “Göyqurşağı şahzadəsi”ndən bir istək diləyə bilərdi. Ümumiyyətlə, övladı olmayan və gözəl olmaq istəyən qadınlara göy qurşağı gölməçələrinə getmək tövsiyə edilirdi.

Göy qurşağı gölməçəsi yaxınlığından belə heç bir kişi keçməməli idi. Göy qurşağı kişilərə bədbəxtlik gətirirdi.