27 yanvar 2021 18:06
1207

Güclü külək əsəcək Xəbərdarlıq

Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

“İki sahil” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.