11 fevral 2019 16:10
159

Güclü sel Avstraliya iqtisadiyyatına ciddi ziyan vurub

Avstraliyanın Kvinslənd əyalətində minlərə evin su altında qalmasına səbəb olan selin vurduğu zərərin miqdarı araşdırılır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sel sularının təkcə heyvandarlıq sahəsinə vurduğu zərər 300 milyon dollardan çoxdur. Təbii hadisə nəticəsində 300 min başdan çox iriburnuzlu heyvan tələf olub.

Qeyd edək ki, ötən həftə Avstraliyada yağan güclü yağış ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xeyli miqdarda ziyan vurub.