09 yanvar 2019 10:50
7488

Günəş şüasının faydaları

Günəş şüasından bol miqdarda faydalanmaq bir çox xəstəliklərdən qorunmağımıza yardımçı olur. Axşamtərəfi və ya səhərin erkən vaxtlarında etdiyimiz yürüşlər Günəş şüasından  yararlanmağımıza kömək ola bilər. Günəş şüasının faydaları:

Günəş şüası bol miqdarda D vitamini ilə zəngindir. Qidadan ala bilmədiyimiz D vitaminini Günəş şüasından almaq mümkündür. D vitamini sümük inkişafı üçün çox faydalıdır.

Sağlam əzələ quruluşu üçün faydalıdır.

Böyrəklərimiz üçün çox faydalıdır.

Qaraciyər üçün çox faydalıdır.

Enerji verir, yorğunluğu aradan qaldırır.

Depresiyaya, stresə qarşı çox faydalıdır.

İçərisindəki melatonin hormonu vasitəsilə yuxusuzluğu aradan götürür, gecə yaxşı yatmağımıza yardımçı olur.

Uşaqlar üçün çox faydalıdır.

Göz sağlamlığı üçün faydalıdır.

Günəş şüası kalsiumla  zəngin olduğu üçün bədənin kalsium ehtiyacını da ödəyir.

Günəş şüası xolestrolu da normaya salır.

Ostoeporoz və raşitizm kimi sümük yeyilməsi xəstəliklərinin aradan götürülməsində də olduqca faydalıdır.

Revmatizm  ağrılarının azalması üçün də çox faydalıdır.

Zehin və sinir xəstəliklərinin qarşısının alınmasına kömək olur.

İmmuniteti gücləndirir.

Bədəndə müqavimət gücünü artırır.

Həzm sistemini gücləndirir.

Böyümə və inkişafa kömək olur.

Günəş şüası bel ağrılarına qarşı da faydalıdır.

Günəş işığının faydaları olduğu kimi,  çox qəbul olunduqda zərərləri də ortaya çıxır.

Mütəxəssislərin fikrinə görə yay aylarında günorta vaxtı çox günəşli vaxtda çölə çıxmaq insana fayda əvəzinə zərər verir. Günorta vaxtı çox isti havada günəş şüası qəbul etmək ciddi dəri yanıqlarına,  hətta dəri xərçənginə gətirib çıxarda bilər. Ayrıca beyinə qansızması, baş dönməsi, ani təzyiq düşməsinə, ya da yüksəlməsinə səbəb ola bilər. Buna görə də axşama yaxın və ya səhərin erkən vaxtlarında gəzintiyə çıxmaq məsləhət görülür.

Günəş şüası qəbul edərkən, gəzintiyə çıxarkən günəş kremindən istifadə etmək, gün eynəyi və papaq taxmaq lazımdır.

Röya Rasimqızı