11 dekabr 2019 17:36
875

Gürcüstan MSK-nın sədri bələdiyyə seçkilərini müşahidə edəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvania Azərbaycana səfər edəcək.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

O bildirib ki, T.Jvania MSK-nın digər üzvü Marina Tsulukidze ilə birgə dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək.