12 noyabr 2019 14:13
637

Gürcüstan parlamentində dava olub

Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında bir neçə deputat arasında qarşıdurma yaranıb. 

“Report”un yerli bürosu xəbər verir ki, deputatlar Gedevan Popxadze və Daçi Beraya arasında dava olub.

Parlament üzvləri Koba Lursmanaşvili və Levan Qoqiçaişviliarasında da fiziki qarşıdurma yaşanıb.

Qanunverici orqanda proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya ediləcək dəyişikliklər müzakirə olunur. Müzakirələr səs-küy və qarşılıqlı ittihamlar fonunda keçirilir.

Davaya görə parlament iclasında fasilə elan olunub.