Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan parlamentinin Sədrini Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.