28 fevral 2020 17:44
2684

Gürcüstan Türkiyəni dəstəklədi

Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre XvtisiaşviliTürkiyənin bu ölkədəki səfirliyinin nümayəndəsi Onur Sevinlə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət müzakirə olunub. O.Sevin Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu barədə məlumat təqdim edib.

XİN rəsmisi Gürcüstanın Türkiyəyə dəstəyini ifadə edərək hücumu qınayıb. O, Türkiyə tərəfinə şəhid olan əsgərlərlə bağlı başsağlığı verib: “Gürcüstan Suriyadakı hadisələri diqqətlə izləyir. Türkiyə Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan türk hərbi qulluqçularının öldürülməsindən narahatdır”.

Tərəflər Suriyada vəziyyətin deeskalasiyasında beynəlxalq ictimaiyyətin daha fəal iştirak edəcəyinə ümidvar olduqlarını bildiriblər.