20 iyul 2019 20:20
1460

Gürcüstanda benzinin qiyməti bahalaşıb

Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində (YDM) benzinin qiyməti artıb.

AZƏRTAC xəbər verir ki, benzinin qiymətində 5 tetri bahalaşma qeydə alınıb.

Ölkədə yanacağın qiymətinin artımı milli valyuta – GEL-in dollara nisbətdə ucuzlaşması və beynəlxalq bazarlarda benzinin qiymətinin bahalaşması ilə əlaqələndirilir.

Eyni zamanda, ölkədə gündəlik tələbat mallarının, təbii qazın və elektrik enerjisinin qiymətinin də bahalaşacağı gözlənilir.