20 sentyabr 2020 15:24
670

Gürcüstanda koronavirusa yoluxanların sayı 3500-i keçib

Gürcüstanda son 24 saat ərzində daha 196 nəfər koronavirusa yoluxub.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.he saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 3502-yə, sağalanların sayı isə 1494-ə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

Hazırda karantində 5014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. //AZƏRTAC