12 noyabr 2019 13:35
521

Gürcüstanda meşə yanğınları davam edir

Gürcüstanın Tsxaltubo rayonunda noyabrın 1-dən başlayan meşə yanğınlarının söndürülməsi davam edir.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, rayonun Namoxvani kəndi yaxınlığında bir neçə hektar ərazidə quru ot və kolluqlar yanıb. Gecə saatlarında yanğını söndürmək mümkün olmayıb və alov daha geniş əraziyə yayılıb.

Noyabrın 12-də səhər saatlarından yanğının söndürülməsi prosesinə yenidən başlanılıb.

Əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.