11 avqust 2020 15:11
779

Gürcüstanda yoluxma artır

Gürcüstanda koronavirusa yoluxma hallarında artım qeydə alınıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində ölkədə 14 yeni yoluxma aşkarlanıb. Bir gün əvvəl isə 25 nəfər virusa yoluxmuşdu.

Bu günədək ölkədə 1 225 nəfər koronavirusa yoluxub.

Yoluxanlardan 17 nəfəri ölüb, min nəfəri isə sağalıb.