15 iyul 2019 17:10
636

Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi xeyli azalıb. Cari ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 milyard 968,3 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilir ki, illik müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsi 0,6 faiz azalıb. İlin birinci yarısında Gürcüstanda ixracın həcmi illik müqayisədə 11,5 faiz artaraq 1 milyard 775,4 milyard dollara çatıb. İdxalın həcmi isə 4,9 faiz azalaraq 4 milyard 192,9 milyon dollar olub.

Hesabat dövründə Gürcüstanın xarici ticarətində 2 milyard 417,4 milyon dollar kəsir yaranıb. Bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5 faiz təşkil edib.