01 avqust 2019 11:38
1008

Hacıqabul və Beyləqanın təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün saat 12:00-dan 15:00-dək Hacıqabul rayonunun 8 kəndində təbii qaz təchizatı dayandırılacaq. Bu, ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır. Saat 14:00-dan işlər başa çatanadək Beyləqanın ümumi abonent sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.