14 fevral 2020 11:38
1077

Hadisə: Kim deyir tək olduğumu? - FOTO

Hadisə Açıkgözün Türkiyənin “Kanal D” kanalında “Hekimoğlu” serialında rol alan Kaan Yıldırımla sevgili olduğu ortaya çıxıb.

“İki sahil” xəbər verir ki, cütlüyün gizli saxladıqları münasibətləri sosial mediada paylaşdığı fotolardan aydın olub. Hadisənin “İnstagram” səhifəsində ürək “smaylikli” paylaşdığı fotoda yanında görünən itin Kaan Yıldırımın iti olması izləyicilərin diqqətindən yayınmaydıb. Sürpriz münasibətlərin bir ay əvvəl başladığı və Kaan Yıldırımın Hadisənin İstinyedəki evində qaldığı öyrənilib.

Gözəl müğənni “Yalnızlıqdan bezmirsən?” sualına “Kim deyir tək olduğumu? Biri olsa belə, demərdim.” deyə cavab vermişdi.

Qeyd edək ki, Kaan Yıldırım hazırda “Kanal D” ekranlarında yayımlanan “Hekimoğlu” serialındakı “Mehmet Ali” obrazını canlandırır.