21 yanvar 2021 13:57
1617

Hadisə reklama çəkildi - MAKYAJSIZ

Son zamanlar şəxsi həyatı ilə gündəmdən düşməyən müğənni Hadisə bu dəfə çəkildiyi reklamla müzakirə yaradıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən bildirir ki, ifaçı yeni reklam çəkilişləri üçün kameralar qarşısına keçib. Diqqət çəkən məqam isə ifaçının obyektiv qarşısına makiyajsız çıxması olub: “Reklamı makiyajsız çəkməyimizin səbəbi qadınları ürəkləndirməkdir. İlk dəfə reklama makiyajsız çəkilirəm. Bunu da mən etdim və çox qürurlanıram. Özümü belə daha çox bəyənirəm."