18 mart 2020 16:27
2494

Hadisəni üzən ölüm xəbəri - FOTO

Müğənni Hadisə "ikinci ana" adlandırdığı xalasının öldüyünü sosial media hesabında etdiyi paylaşımla açıqlayıb.
"İki sahil" xəbər verir ki, bir müddətdir aktyor Kaan Yıldırımla eşq yaşayan Hadisənin xalası həyatını itirib. Məşhur müğənni sosial media hesabından acı xəbəri paylaşıb. Hadisə bütün dünyanı təsir altına alan koronavirus epidemiyasından qorumaq üçün evdə özünü karantinə alaraq "yanına uça bilməməyim məni məhv edir" dedi.

Məşhur müğənninin paylaşımı belədir: "Xalaım. Bu qorxunc dönəmdə yaxınlarınızı itirməyin nə qədər acı olduğunu sizə deyə bilmərəm. Xalamın yeri mənim üçün tamamilə fərqlidir. "İkinci ana"m deyirdim. Yerin cənnət olsun."

İzləyiciləri başsağlığı mesajları ilə Hadisəyə dəstək olublar.